"2050-ci ilə qədər 10 milyard əhalini qida ilə təmin etmək hamımız üçün əsl sınaqdır" - Nazir - ednews.net

23 May, Bazar ertəsi

(+994 50) 229-39-11

"2050-ci ilə qədər 10 milyard əhalini qida ilə təmin etmək hamımız üçün əsl sınaqdır" - Nazir

İqtisadiyyat A- A A+

"Bizim məhdud təbii ehtiyatlarımıza təzyiqlər əsasən kənd təsərrüfatının özündən qaynaqlanır".

Ednews xəbər verir ki, bunu “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, iqlim dəyişikliyi altında məhdud və azalan təbii ehtiyatlardan istifadə edərək, 2050-ci ilə qədər təxminən 10 milyard əhalini qida ilə təmin etmək hamımız üçün əsl sınaqdır.

"2019-cu illə müqayisədə 2020-ci ildə qlobal kənd təsərrüfatı torpaqlarının sahəsi 3 faiz azalıb. Əhalinin artması ilə 2000-2019-cu illərdə adambaşına düşən əkin sahələri bütün regionlarda 17 faiz azalıb. Azalma tendensiyasına baxmayaraq, bu illərdə ümumi ilkin məhsul istehsalı 53 faiz artıb"- deyə, nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...