Azərbaycanda bu il sərnişin və yük daşımaları artdı - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda bu il sərnişin və yük daşımaları artdı

İqtisadiyyat A- A A+
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 7,7% və 36,5% artıb.
 
Dövlət Statistika Komitəsindən Ednews-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,3 mln. ton yük daşınıb.
 
Yüklərin 3,1%-i dəniz, 8%-i dəmir yolu, 0,3%-i hava, 56,4%-i avtomobil nəqliyyatı, 32,2%-i isə boru kəməri ilə daşınıb.
 
Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 8,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,5% təşkil edib.
 
Qeyd olunur ki, 2022-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 485,5 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,5%-i avtomobil nəqliyyatı, 13,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...