BOKT "Avrasiya-Kredit" kənar audit hesabatını təqdim etdi - FOTOLAR - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

BOKT "Avrasiya-Kredit" kənar audit hesabatını təqdim etdi - FOTOLAR

İqtisadiyyat A- A A+
BOKT "Avrasiya-Kredit" kənar audit hesabatını təqdim edib.
 
Eurasia Diary xəbər verir ki, bank olmayan kredit təşkilatı Avrasiya-Kredit MMC-nin 2021-ci maliyyə ilinin nəticələri kənar audit yoxlaması zamanı qənaətbəxş hesab olunub.
 
Belə ki, il ərzində təşkilatın illər üzrə kumilyativ mənfəəti 301.520 AZN olmuş, 60.304 AZN məbləğ mənfəət vergisi xərc maddəsi üzrə sərf edilib.
 
Təşkilatın 2021-ci il üzrə əmək haqqı xərcləri 301.688 AZN, DSMF ayırmaları 52.752 AZN, mühafizə, peşəkar xidmətlər, sığorta, rabitə, nəqliyyat xərcləri və s. olub.
 
Ümumilikdə təşkilat bu il də müharibədən zərərçəkmiş ərazilərdə fəaliyyətini uğurla davam etdirmiş, mikrokreditlər vasitəsi ilə əhalinin təsərrüfat sahələrinin inkişafına və ən zəruri istehlak ehtiyaclarının qarşılanmasına dəstək göstərmişdir. BOKT bu vaxtadək xarici valyutada mikrokreditlər təqdim etməmişdir. BOKT-nin Tərtər Füzuli və Beyləqan rayonlarında filialları fəaliyyət göstərir.
 
Müştərilərinin 42% hissəsini məcburi köçkünlər, 8 % hissəsini isə minadanzərərçəkənlər və digər kateqoriya əlilliyi olan şəxslər təşkil edib.
 
BOKT Avrasiya-Kredit MMC-nin 2021-ci maliyyə ilinə dair hesabatını təqdim edirik:
1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...