Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 3 041 983,26 min ABŞ dolları dəyərində 4 373 725,39 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Ednews xəbər verir ki, barədə informasiya Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb. Mənbə qeyd edir ki, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.
Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 539 175,9 min dollar dəyərində 790 540,03 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Portuqaliya tutur. Yanvar-aprel ayında bu ölkəyə 400 522,39 min dollar dəyərində 573 651,07 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 21 ölkəyə 6 544 674,13 min dollarlıq 9 481 168,95 ton neft ixrac edib.