Rus rublu 4 illik fasilədən sonra 3 qəpiyi keçdi - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Rus rublu 4 illik fasilədən sonra 3 qəpiyi keçdi

İqtisadiyyat A- A A+
Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun rəsmi məzənəsini 0,03 manatdan yüksək müəyyən edib.
 
Ednews xəbər verir ki, bu günə 1 rubl 0,0307 manata bərabərdir.
 
Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) müəyyən olunub.
 
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qonşu ölkəyə qarşı tətbiq olunmuş kəskin sanksiyalar fonunda bu ölkənin milli valyutası kəskin dəyər itirib. Rusiya Bankının (Mərkəzi Bank) və Maliyyə Nazirliyinin inzibati nəzarət alətləri nəticəsində rublun məzənnəsi müharibədən əvvəlki səviyyəyə qaytarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...