“2021-ci ildə inflyasiya 6,7% olub ki, bu da proqnozdan 3,7% çox deməkdir”.
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin təqdimatı zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Deputat inflyasiyanın yüksək olmasının səbəblərini də sadalayıb:
“Bütövlükdə ölkə üzrə inflyasiya dünya bazarında ərzaq qiymətlərinin yüksək artımı, ticarət tərəfdaşı olan ölkələrdən yüksək inflyasiya idxalı, qlobal təchizat və logistika zəncirlərindəki qırılma və gecikmələr, daşınma xərclərin artması, bir sıra mal və xidmət tariflərində olan dəyişikliklər, ümumi tələbin sürətlə artması və təklifin bu sürətlə ayaqlaşa bilməməsində qaynaqlanıb”.