“2021-ci ilin dövlət büdcəsinin icrası zamanı müəyyən texniki çatışmazlıqlar müəyyən edilib, bunlar müxtəlif qurumlarla geniş müzakirə edilib”.
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin təqdimatı zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
“Komitəmizdə aparılan müzakirələrdən sonra belə bir qənaətə gəlinib ki, dövlət büdcəsinin effektiv icrası üçün “Büdcə sistemi haqqında” qanunun təkmilləşdirilməsinə və ya daha çevik “Büdcə Məcəlləsi”nin qəbuluna, intizamlılığın daha da gücləndirilməsinə, büdcə təşkilatlarının hesabatlılığının artırılmasına və geniş innovativ həllərin tətbiqinə ehtiyac var”, - deyə komitə sədri əlavə edib.