“Şahdəniz”də qaz hasilatı artıb - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Şahdəniz”də qaz hasilatı artıb

İqtisadiyyat A- A A+

“Şahdəniz-2” layihəsi (Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi) çərçivəsində Türkiyəyə ilk kommersiya qaz həcmlərinin nəqlinə başlanılmasından 4 il ötür.

Ednews xəbər verir ki, bu barədə indormasiyanı SOCAR yayıb.

Mənbə qeyd edir ki, 2017-2021-ci illər arasında “Şahdəniz” yatağının ümumi qaz hasilatı 123%, cari ilin ilk 5 ayında isə 26,2% artıb.

Xatırladaq ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. 

Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...