Hazırda avro kəskin ucuzlaşma dövrünü yaşayır. Bu gün valyuta dünya birjasında təxmini 1 dollar 2 sent qiymətinə təklif olunur. Bu isə Avropa valyutası üçün 20 ilin ən aşağı göstəricisidir.
Xatırladaq ki, may ayında avro göstəriciləri 1 avro 1 dollar 11 sent qiymətində dəyərləndirilirdi.
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadi Asif İbrahimov avronun dollara nisbətən ucuzlaşmasının səbəblərini izah edib.
“Hər hansı bir valyuta həmin ölkənin iqtisadi mühitindən asılı olaraq güclü və zəif mövqeyini saxlayır. Avronun dollara nisbətən ucuzlaşmasının səbəbləri Avropa iqtisadiyyatına kənardan müəyyən təsirlərin olması ilə bağlıdır. Bunun əsas səbəblərdən biri ABŞ-ın Federal Ehtiyatlar Departamentinin uçot dərəcəsini qaldırmasıdır, bu da dolların dəyərini digər valyutalara nisbətən daha da möhkəmləndirir. Bunun fonunda isə avro dollar qarşısında zəifləməyə doğru gedib. Bunun fonunda avronun dollara nisbətdə olan vəziyyəti bir az zəifləyib”.
İqtisadçı həmçinin qeyd edib ki, hazırda Avropa iqtisadiyyatında müəyyən itkilər müşahidə olunur. Onun sözlərinə görə, bu hal sentyabr ayının sonuna qədər davam edəcək.