Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişib - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişib

İqtisadiyyat A- A A+
Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın tərkibi dəyişib. 
 
Ednews xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
 
Sərəncama əsasən, yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: 
 
Komissiyanın sədri 
 
Azərbaycan Respublikasının energetika naziri 
 
Komissiyanın üzvləri 
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 
 
Azərbaycan Respublikası maliyyə nazirinin müavini 
 
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini 
 
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini 
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 
 
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini 
 
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini 
 
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini 
 
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri 
 
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti 
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri. 
 
Komissiyanın üzvləri beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, investisiya müqaviləsinin və tələb olunan digər müqavilələrin hazırlanmasını təmin etməlidir.
 
Bundan əvvəl müqavilələrin hazırlanması üçün 4 ay vaxt müəyyən edilmişdi. 
 
Bundan əvvəl Komissiyanın tərkibi aşağıdakı kimi idi: 
 
Komissiyanın sədri 
 
Azərbaycan Respublikasının energetika naziri 
 
Komissiyanın üzvləri 
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 
 
Azərbaycan Respublikası maliyyə nazirinin müavini 
 
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini 
 
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini 
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 
 
Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini 
 
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini 
 
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti 
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...