Qeyri-neft-qaz sektorunun hesabına iqtisadi artım

İqtisadiyyat 13:48 27.07.2022
Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb.
 
Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb.
 
Ednews xəbər verir ki, Azərbaycan iqtisadi artıma mürəkkəb iqtisadi şəraitdə nail olub. Nəzərə almaq lazımdır ki, 2019-cu ilin sonlarından dünyanın cənginə almış koronavirus (COVID-19) pandemiyası zəifləsə də, hələ də davam edir və onun qlobal iqtisadiyyata təsirləri qalmaqdadır. Üstəlik, bu ilin əvvəlindən Rusiya və Ukrayna arasında müharibə gedir və bu da dünya iqtisadiyyatına, onun bir parçası olan Azərbaycana təsirsiz ötüşmür. Bununla belə, ölkəmiz bütün çətinliklərə baxmayaraq iqtisadiyyatını ötən ilin eyni dövrü ilə müqayisədə 6 %-dən çox böyütməyi bacarıb.
 
İqtisadi artımın strukturuna nəzər salanda qeyri-neft-qaz sektorunun artım tempinin neft-qaz sektorunun artım tepmini kəskin üstələməsi diqqəti cəlb edir. Belə ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 9,6 % artıb. Bu isə ölkədə kənd təsərrüfatının, qeyri-neft-qaz sənayesinin, turizin inkişaf etdirilməsi və iqtisadiyyatın neft-qaz asılılığının aradan qaldırılması ilə bağlı hədəflərə çatdığımızdan xəbər verir.
 
Sənaye demişkən, 6 ay ərzində ölkədə 63 milyard 364 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bunun da 33 milyard 773 milyon manatlıq hissəsi sənaye sahəsinin payına düşüb. İl ərzində neft-qaz sektorunda məhsul istehsalı 0,6 %, qeyri-neft-qaz sektorunda isə 11,5 % artıb. Göründüyü kimi, qeyri-neft-qaz sənayesinin böyümə tempi neft-qaz sənayesinin böyümə tempini nəzərəçarpacaq dərəcədə arxada qoyub.
 
Hesabat dövründə iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli irəliləyişlər əldə olunub. Belə ki, nəqliyyat sektorunda əlavə dəyər artımı 27 %, turizm və ictimai iaşə sektorunda əlavə dəyər artımı 85,8 %, informasiya və rabitə sektorunda isə əlavə dəyər artımı 14,2 % təşkil edib.
 
Sirr deyil ki, ölkənin iqtisadi inkişafını əks etdirən göstəricilərdən biri onun xarici ticarət dövriyyəsi, xüsusilə də ixracıdır. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyin dövrü ilə müqayisədə 74,9 % çoxdur. Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb. Göründüyü kimi ixracla idxalın dəyəri, eləcə də artım tepmləri arasındakı fərq göz qabağındadır. Son nəticədə xarici ticarətdə 12,1 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 3,5 dəfə çoxdur.
 
Daha bir ürəkaçan məqam isə son 1 ildə qeyri-neft-qaz ixracının 25 %-dən çox artmasıdır. Bu isə o deməkdir ki, Azərbaycanda istehsal olunan qeyri-neft-qaz məhsulları təkcə yerli tələbatın ödənilməsi üçün nəzərdə tutulmayıb. Onların təkcə ölkə daxilində deyil, həm də ölkə xaricində alıcıları var.
 
Son illər Azərbaycan hökuməti həm də xarici dövlət borcunu azaltmağa və gələcək nəsillərə borc saxlamağa çalışır. Əgər ötən il iyulun 1-nə ölkənin xarici borcunun ÜDM-nə nisbəti 16,6 % olubsa, bu il iyulun 1-nə 10,7 % təşkil edib. Hazırda Azərbaycan demək olar ki, kredit almır və əvvəlcədən aldığı kreditləri qaytarır. Bundan başqa, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ümumi daxili məhsul artdıqca xarici borcun ÜDM-ə nisbəti də azalır. Halbuki, bir sıra inkişaf etmiş ölkələrdə xarici borcun məbləği ÜDM-in dəyərindən 2 dəfə çoxdur. Azərbaycanla uzun illər münaqişəli vəziyyətdə yaşamış Ermənistanda isə xarici borcun ÜDM-ə nisbəti 50 % civarındadır.
 
Azərbaycan əhalisinin borc yükü azalmaqla paralel nominal gəliri də artır. Bu ilin ölkə vətəndaşları 33 milyard manat gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 % çoxdur. Nəzərə alsaq ki, ölkədə illik inflyasiya 12,9 % olub, deməli əhali gəlirinin artımının xeyrini görüb, təxminən 7 % artım vətəndaşların sərəncamında qalıb.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı