Sahibkarlara kredit üzrə ödənilən faiz subsidiyalarının həcmi açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
"Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6.308 müraciətdən 5.022-si üzrə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 69,4 mln. manat olub və bunun 65,1 mln. manat sahibkarlara ödənilib", - nazir bildirib.