Bu il iyulun 1-nə Azərbaycanda 8,8 milyon ədəd təmassız bank kartı olub.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 63 % çoxdur.
Bu il iyunun sonuna təmassız kartlar bütün kartların 69,4 %-ni təşkil edib. Bu nisbət ötən il iyunun sonuna 52 % olub.