Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları 20 %-ə yaxın artıb - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları 20 %-ə yaxın artıb

İqtisadiyyat A- A A+
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609,5 milyon manat təşkil edib.
 
Ednews İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, proqnozdan 1,7% ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,6% çoxdur.
 
7 aylıq sosial sığorta daxilolmalarının 1 milyard 647,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə proqnozdan 1,6%, 1 il əvvəllə müqayisədə isə 18,6% çoxdur.
 
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 90,9 milyon manat olub ki, bu da proqnoza nisbətən 4,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 19% çoxdur. 7 aylıq işsizlikdən sığorta daxilolmalarının 66,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə proqnozdan 3,4%, 1 il əvvəllə müqayisədə isə 19,5% çoxdur.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...