ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Əfqanıstanın xaricdəki səhmlərindəki milyardlarla dolların sərbəst buraxılması ilə bağlı danışıqları davam etdirəcək.
Ednews "Reuters"-ə istinadən xəbər verir ki, ABŞ Əfqanıstanın çökən iqtisadiyyatının yenidən bərpasına kömək etmək üçün təşəbbüsü davam etdirməkdə qərarlıdır.
ABŞ rəhbərliyi Əfqanıstanın Mərkəzi Bankının xaricdə olan milyardlarla səhmlərini İsveçrədə "Etimad Fondu"na köçürməyi planlayır. Ödənişlər beynəlxalq heyətin köməyi ilə həyata keçiriləcək, bununla yanaşı bu ödənişlərdən ABŞ və BMT- nin sanksiyaları altında olan Taliban liderləri istifadə edə bilməyəcək.
ABŞ rəsmiləri artıq İsveçrə və digər tərəflərlə "Etimad Fondu"nda həyata keçirəcək planını müzakirə ediblər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı qış aylarında Əfqanıstanın 40 milyon əhalisinin təxminən yarısının kəskin qıtlıq və aclıqla üzləşəcəyi barədə xəbərdarlıq edib. Artıq Vaşinqtonda humanitar böhranla bağlı narahatlıq hiss olunmağa başlanılıb.