“Ərzaqda ƏDV-nin aşağı salınmasından varlılar daha çox yararlanacaq” İqtisadçı ekspert

İqtisadiyyat 16:30 25.08.2022
Ölkədə qiymət artımının qısa müddət ərzində qarşısının alınması və inflyasiyanın azaldılması üçün hazırda dövlətin ata biləcəyi addımlar ekspertlər tərəfindən müzakirə edilir. Səsləndirilən fikirlərdən biri də əlavə dəyər vergisinin (ƏDV) faiz dərəcəsinin aşağı salınmasıdır. Bəzi ekspertlər ərzaq məhsulları və dərmanlarda ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif edir. 
 
“Bu yaxşı haldır, amma söhbət effektivlikdən gedir. Ərzaqda ƏDV-nin aşağı salınmasından varlılar kasıblardan daha çox yararlanacaq”.
 
Bu sözləri mövzu ilə bağlı Ednews-a danışarkən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O bildirib ki, ƏDV-nin aşağı salınmasının əleyhinə deyil. 
 
Lakin…
 
“Təbii olaraq ƏDV-nin həm dərman, həm də ərzaq məhsularında 18%-dən 2%-ə salınması qiymətlərə müsbət təsirini göstərəcək. Amma ƏDV-nin aşağı salınması hesabına dövlət büdcəsinin itirdiyi vəsaitin böyük hissəsindən aztəminatlılar yararlanmayacaq. Yəni bundan çoxtəminatlılar və imkanlılar daha çox yararlanacaq”. 
 
Ekspert qeyd edib ki, hazırki məqamda aztəminatlıların daha çox dəstəyə ehtiyacı var. Bunun üçün o, hesab edir ki, dərman vasitələrində ƏDV-nin aşağı salınması daha doğru olardı. Çünki hər iki təbəqə yalnız birbaşa xəstə olduğu zaman həmin dərman vasitələrini alır. 
 
“Ərzaq məhsullarına yönəlik vəsaitləri isə varlılarda və kasıblarda fərqlidir. Minimum əmək haqqı alan ərzağa 100-150 manat pul xərcləyir, amma ailələr var ki, 1500 manat xərcləsə də bu məsələdə daha çox faydası var”. 
 
İqtisadçı əlavə edib ki, sosial cəhətdən aztəminatlı ailələrə və həssas qruplara ünvanlı şəkildə birbaşa dəstək göstərilməsinə daha çox ehtiyac var. Onun sözlərinə görə, bu zaman dövlət büdcəsi həm az vəsait itirər, həm də bu güzəşt daha effektiv olar.  
 
Gülnar Səlimova
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Hamısı