SOCAR prezidenti Rövşən Nəcəf BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti ilə görüşüb.
Ednews xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib: "“Mərkəzi Azəri" platformasına səfər edərək burada görülən işlər və cari vəziyyətlə yaxından tanış olduq, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Cons ilə görüş keçirdik".