Serbiya 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib. Onun sözlərinə görə, hazırda Rusiya qaz təchizatından tamamilə asılı olan Serbiya Bolqarıstan boru kəmərinə interkonnektorun tikintisinin başa çatacağı 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır:
“Rusiya Ukrayna müharibəsi bir Avropa dövləti kimi bizə çox çətindir.”
Vuçiç 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırdığını və anbarda saxladığı qazın həcmini ən yüksək səviyyəyə çatdırdığını da qeyd edib.