Rusiya məğlubiyyətini qəbul etməsə… ciddi dəyişiklik nə VƏD EDİR? İNANILMAZ PROQNOZ

İqtisadiyyat 20:00 31.08.2022

Ukraynada davam edən müharibədə Rusiya ağır itkilər verməyə başlayıb. Mümkün olan bütün vasitələri işə salmağa çalışan rus ordusu canlı və texniki itkilərə baxmayaraq bunu nə meydanda, nə də iqtisadi və siyasi aləmdə büruzə verməyə çalışır. 

Yeri gəlmişkən, artıq son həftə ərzində Rusiyanın ən nəhəng enerji daşıyıcısı olan “Qazprom” şirkəti Avropanı yenə şam işığında buraxıb. Etibarlı mənbələrin verdiyi məlumata görə, ötən gün “Qazprom” Fransanın “Engie” şirkətinə iyul ayında tədarüklərin tam ödənilməməsi səbəbindən qazın nəqlini sentyabrın 1-dən dayandırıracağı barədə xəbərdarlıq edib. Bundan başqa Almaniya ilə Rusiyanın "Şimal axını" qaz kəməri tamamilə fəaliyyətini dayandırıb. 

Ednews-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Rusiyanın müharibəni dayandırması onun birmənalı olaraq məğlubiyyəti deməkdir.  

“Rusiya bir bataqlığın içinə yuvarlanmış haldadır. İstər müharibə dayandırılsın, istərsə də davam etsin, Rusiya üçün bunun bir əhəmiyyəti qalmayıb. Ümumiyyətlə istər diplomatiya, istər iqtisadiyyat, istərsə də müharibə sahəsində Rusiya üçün heç də gözəl bir ssenari görünmür. Bu səbəbdən də Rusiya pisi seçməklə, yəni müharibəni dayandırmaqla daha doğru addım atmış olar”. 

Ekspert bildirib ki, Rusiya müharibəni dayandırsa belə onu ağır sınaqlar gözləyəcək. 

“Müharibənin dayandırılması Rusiyanın böyük bədəllər ödəməsinə səbəb olacaq. Rusiya sonadək sanksiyalardan azad ola bilməyəcək. Hesab edirəm, yalnız dünyada ərzaq böhranının aradan qaldırılması məqsədilə müəyyən sanksiyalar aradan götürülə bilər. Qalan sanksiyalar Rusiya iqtisadiyyatını tamamilə çökdürülməsi üçün öz qüvvəsində qalacaq”. 

Eldəniz Əmirov həmçinin yaxın gələcəkdə Rusiyada ciddi dəyişiklərin baş verəcəyi barədə də müəyyən proqnozlar verib. 

“Rusiyanın qaz təchizatı ilə bağlı hazırda Qərbə qarşı oynadığı oyunlar bir qədər təsirli görünə bilər. Lakin ilin sonuna hələ 4 ay var. Bu kifayət qədər uzun bir müddətdir. Hesab edirəm ilin sonunadək Rusiyada ciddi gərginlik özünü göstərməyə başlayacaq. Çünki Rusiyada artıq sanksiyaların təsiri özünü işsizliyin artması ilə göstərməyə başlayıb. Bu barədə hətta rəsmi şəxslər də məlumat verməyə başlayıb”. 

Rusiya qazını kəsməklə Avropanın əzmini sındıraraq onu istədiyinə vadar etdirə bilməsi məsələsinə gəlincə isə ekspert bunun mümkün olmayacağını deyib:

 “Qərb, xüsusilə Avropa qışın soyuğunda qalmağı artıq öncədən nəzərə alıb. Mən deyərdim ki, Avropa qazsız qalmağı Rusiyanın güclənməsindən daha üstün sayır. Bu səbəbdən də mən düşünmürəm Rusiyanın ən böyük enerji təchizatçısı olan “Gazprom” Avropanın qazını kəsməklə onun əzmini qıra bilsin”.

Elnur Ənvəroğlu 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Hamısı