Ukraynaya hücumundan sonra yüzlərlə Qərb şirkətinin fəaliyyətini dayandırdığı Rusiya bazarında hazırda Çin məhsulları diqqət çəkir.
Ednews xəbər verir ki, Çin Gömrük Baş İdarəsi və Rusiyadakı müxtəlif qurumların söylədiklərindən toplanan məlumata görə, Ukrayna müharibəsinin əvvəlində azalan Çinin Rusiyaya ixracat həcmi qısa zamanda yenidən yüksəlməyə başlayıb.
İlin ilk yeddi ayında Çinin Rusiyaya ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 36,2 milyard dollara çatıb.
Günay Babayeva