Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 900 ABŞ dollarından çox səviyyəyə yüksəlib.
Ednews xəbər verir ki, 5 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 917,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 219,6dollar) ilə müqayisədə 31,4% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.