Rusiyanın dövlət qaz şirkəti olan “Qazprom” video-reklam çarxı ilə Avropa ölkələrinə mesaj verdi.
Ednews xəbər verir ki, Rusiya Dövlət Qaz Şirkəti “Qazprom” video-reklam çarxında “Böyük qış olacaq” sloqanından istifadə edib.
Reklam çarxında Avropada qışın çətin keçəcəyinə eyham vurulub.
Avropaya enerji axınının qeyri-müəyyən müddətə dayandırıldığını açıqlayan enerji şirkəti reklam çarxında “Qış böyük olacaq, ancaq alatoranlıq və qar olacaq” ifadələrini işlədib.