Xəbər verdiyimiz kimi “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirərək Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.
Ednews xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov məsələyə münasibət bildirib. O, bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanının həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biri olduğunu vurğulayıb:
“Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə verilərək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq”.
V.Bayramov sonda bunları vurğulayıb:
“Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Zəngilanın turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından, əhəmiyətlidir”.