İtaliyanın ekoloji modernləşdirmə və transformasiya üzrə naziri Roberto Çinqolani Avropa Komissiyasının sentyabr ayı ərzində qazın qiymətinin yuxarı həddi barədə təklifini təqdim edəcəyini açıqlayıb.
Ednews-un xəbərinə görə, Roberto Çinqolani “La Repubblica” qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqına üzv 15 ölkə qazın qiymətinin məhdudlaşdırılmasını dəstəkləyir.
Roberto Çinqolani bildirib ki, Almaniyanın iqtisadiyyat və ətraf mühitin mühafizəsi məsələləri üzrə naziri Robert Xabek bu təklifi dəstəkləyir. Ancaq Almaniya hökuməti öncə qazın qiymətinə hədd qoyulmasının Avropa İttifaqına üzv ölkələr üçün yarada biləcəyi riskləri öyrənəcək.