"Azərpoçt" Azərbaycanla Dünya Bankı arasında 30 illik əməkdaşlığı əks etdirən poçt markası buraxıb.
Ednews xəbər verir ki, markanın basılma mərasimi bu gün Bakıda keçirilən Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə baş tutub.
Markanın basılması "Azərpoçt"un İdarə heyyətinin sədri Əfqan Cəlilov və Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl tərəfindən həyata keçirilib.