Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası keçirilib - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası keçirilib

İqtisadiyyat A- A A+

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 95-ci iclası keçirilib.

Ednews rus mediasına istinadən xəbər verir ki, Qazaxıstan Respublikası Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri, MBD İqtisadi Şurasının sədri Serik Jumanqarin sədrliyi keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələrinin iqtisadi əməkdaşlığı sahəsində müxtəlif məsələləri müzakirə ediblər.

İclasda Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edib.

İclasda MDB məkanında iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb, xüsusilə İqtisadi Şuranın iyun ayında keçirilən iclasında qəbul edilmiş qərarların icrası ilə bağlı yaranan problemlərin həlli müzakirə olunub.

Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 2018–2021-ci illərdə fəaliyyəti haqqında hesabat təqdim olunub.

İştirakçılar iqtisadi, maliyyə və digər sahələrdə əməkdaşlıq məsələlərini, o cümlədən Birlik Üzv Dövlətlərin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin təqdim etdiyi məsələləri nəzərdən keçiriblər.

MDB İqtisadi Şurasının növbəti iclasının bu il dekabrın 9-da Moskvada keçirilməsi qərara alınıb.

 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...