“Azərbaycanda özəl investisiyalara ehtiyac var” İqtisadçıdan qeyri-neft sektoru ilə bağlı AÇIQLAMA

İqtisadiyyat 16:49 23.09.2022

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatının qeyri-neft sektorunda artımla bağlı açıqlama verib.

Xatırladaq ki, nazirliyin məlumatına görə, qeyri neft-qaz sektorunda artım əvvəlki ilə müqayisədə 10.3% artaraq 43 mlrd 303.5 milyon manat olub.

Nazir, həmçinin qeyd edib ki, yaxın dövrlərdə qeyri-neft sektoru sahələrində artımın daha da sürətlənməsi müşahidə ediləcək.

Bu sahədə son proseslər barədə Ednews-a şərh verən iqtisadçı-professor Elşad Məmmədov qeyri-neft sektorunda nailiyyətlərlə bağlı meyarları və trendləri doğru hesab edib.

Söhbət zamanı o, bildirib ki, inflyasiya göstəricilərinin metodikası ilə əlaqəli olan suallara mütləq cavab tapılmalıdır.

“Son illər ərzində cənab prezidentin bilavasitə tapşırıqları əsasında ölkədə qeyri-neft sektorunun, xüsusilə sənayeləşmənin inkişafı ilə bağlı mexanizmlərin tətbiq olunması, dövlət proqramlarının icra edilməsi, dövlət kapitalının bu istiqamətdə yönləndirilməsi hazırki iqtisadiyyatın göstəricilərinə öz müsbət təsirini göstərib. Amma bir məsələni də qeyd etmək istəyirəm ki, əgər biz inflyasiyanın düzgün hesablanmasını təmin etməsək, bir çox sahələrdə iqtisadi artımla bağlı olan göstəricələrdə dəqiqliyi təmin etmək qeyri-mümkün olacaq”.

İqtisadçının sözlərinə görə, qeyr-neft sektorunda artım təqdirəlayiq olsa da, iqtisadiyyatın neftdən asıllığının  azalması üçün münasib deyil.

“Neft sektorunun iqtisadiyyatda payı hər zaman xeyli dərəcədə çox olub. Hesab edirəm ki, qeyri-neft sektorunda artım neft və qaz sektorundakı müsbət kontektura müəyyən edir. Yəni, bu sektora aid olan sahələrdə artımlar və ya azalmalar birbaşa neft sektorunda vəziyyətlə bağlıdır. Neftdən asıllığı azaltmaq üçün bir çox işlər və tədbirlər görülməlidir. Unutmayaq ki, Azərbaycan ixracatının 90% -i neft və qazla əlaqəlidir. Ölkədə həyata keçirilən pul-kredit siyasəti, heç kimə sirr deyil ki, xarici valyutanın alışı hesabına reallaşdırılır. Xarici valyuta isə ixracatdan gəlir. Bütün bu prosesləri mütləq təhlil etmək lazımdır. Yalnız hansısa şüarların və bəyanatların səsləndirilməsi ilə iş bitmir. Qeyri-neft sektorunda inkişaf istiqamətlərini müəyyənləşdirən tapşırıqları mütləq yerinə yetirmək lazımdır”.

Sonda Elşad Məmmədov qeyd edib ki, qeyri-neft sektoruna daxil olan sahələrdə genişmiqyaslı inkişafın təmin edilməsi üçün ilk növbədə investisiyaların stimullaşdırılması lazımdır.

“İqtisadiyyatın öz qanunları var. İqtisadi artımın əsas təminatçısı investisiyaların yatırılmasıdır. İnvestisiya yatırımı dedikdə ilk növbədə dövlət büdcəsindən ayrılan vəsaitləri və xarici şirkətlərin yatırımlarını nəzərdə tuturuq. Xarici şirkətlər isə ölkəmizdə neft və bank sektorlarına maraq göstərirlər. Ona görə də biz investisiyaları daxili yatırımlar vasitəsilə ilə təmin etməliyik. Daxili yatırımlar isə yalnız dövlət kapitalı ilə bağlı ola bilməz, çünki biz bazar iqtisadiyyatında yaşayırıq. Deməli, bizə özəl investisiyalar lazımdır, bunun üçün də müvafiq pul-kredit siyasəti aparılmalıdır”.

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Hamısı