Mikayıl Cabbarov Almaniya səfiri ilə görüşüb - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Mikayıl Cabbarov Almaniya səfiri ilə görüşüb

İqtisadiyyat A- A A+

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb.

Ednews xəbər verir ki, nazir yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya tərəfdaşlığının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb, iqtisadi əlaqələrin genişlənməsində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolu qeyd edilib.

Səfir Ralf Horlemann ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. Görüşdə Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığının mövcud vəziyyəti və inkişafı istiqamətləri, Tvinninq layihələri, investisiya, enerji və biznesə dəstək sahəsində əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...