Avropa İttifaqının enerji nazirləri cümə günü fövqəladə iclasda yüksək enerji qiymətləri ilə bağlı vəziyyəti yumşaltmaq üçün yeni tədbirlər haqqında razılığa gələ bilərlər.
Ednews-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının iclas materiallarında deyilir.
"Aİ-nin energetika nazirləri enerji daşıyıcılarına olan yüksək qiymətlərə cavab vermək üçün fövqəladə müdaxilə Şurasının tənzimlənməsi layihəsi ilə bağlı siyasi razılıq əldə etməyə çalışacaqlar", - materiallarda qeyd olunur.
Ümid edilir ki, qeyd olunan məsələ bu gün razılaşdırılacaq.