"Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik" - Özbəkistanlı nazir - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

"Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik" - Özbəkistanlı nazir

İqtisadiyyat A- A A+

“Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik”.

Ednews xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov Bakı-Səmərqənd-Bakı aviareysinin açılması münasibətilə özünün tviter səhifəsində yazıb.

“Dünən “Fly Khiva” və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi Bakı-Səmərqənd-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirilib”, - paylaşımda deyilir.

O, reyslərin həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri müntəzəm olaraq həyata keçiriləcəyini əlavə edib.

Xatırladaq ki, oktyabrın 5-nə keçən gecə Bakı-Səmərqənd reysinin ilk təyyarəsi Səmərqənd (Özbəkistan) hava limanına uğurla eniş edib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...