“Azərbaycan Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcək” - Petr Fiala - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

“Azərbaycan Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcək” - Petr Fiala

İqtisadiyyat A- A A+
“Azərbaycan və Norveç digər Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcəklər”. 
 
Ednews xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqına sədrlik edən Çex Respublikasının Baş naziri Petr Fiala məlumat verib. 
 
Nazir bildirib ki, hər bir Avropa ölkəsinin üzləşdiyi ən böyük problemlərindən biri enerji qiymətləridir:
 
"Biz Rusiyanın etdiyi kimi enerji sektorunda bizi şantaj edə biləcək dövlətlərdən asılılıqdan qurtulmalıyıq, enerji xammalının alınması mənbələrini şaxələndirməliyik. Burada, (Praqa nəzərdə tutur – Red) biz Norveç və Azərbaycan kimi ölkələrdən zəmanət almışıq ki, onlar Avropa İttifaqı ilə əməkdaşlığa və bizə kömək etməyə hazırdırlar. Bu son dərəcə vacibdir”. 
 
O, “Avropa siyasi birliyi” Zirvə Toplantısının yaratdığı siyasi və müzakirə platformasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, görüş zamanı Avropa ölkələrinin liderləri arasında səmərəli ünsiyyət baş tutub, onlar arasında ikitərəfli görüşlər keçirilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...