Tokayevdən yeni neft anbarının tikintisi ilə bağlı - GÖSTƏRİŞ - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Tokayevdən yeni neft anbarının tikintisi ilə bağlı - GÖSTƏRİŞ

İqtisadiyyat A- A A+
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev milli neft-qaz şirkəti “KazMunyGas”a respublikanın qərbində böyük neft anbarı tikmək barədə göstəriş verib və Çinin bu sahədə təcrübəsini misal çəkib.
 
Bu barədə Ednews Rusiya mətbuatına istinadən xəbər verir.
 
"Təcili məsələ neft anbarlarının tutumunun artırılmasıdır. Bu gün biz nefti dərhal ixraca göndərmək məcburiyyətindəyik, çünki bunu texnologiya tələb edir. Hasilatı dayandırmaq yolverilməzdir. Çinin bununla bağlı çox yaxşı təcrübəsi var", - ölkə başçısı qeyd edib.
 
Kasım-Jomart Tokayevin sözlərinə görə, Çində çox böyük neft anbarları tikilib ki, bu da əlavə tədarük olmadan daxili ehtiyacları üç-dörd ay ərzində ödəməyə imkan verir.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...