Əlcəzair “BRICS” qrupuna qoşulmaq üçün rəsmi ərizə təqdim edib.
Ednews xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Baş Katibin xüsusi nümayəndəsinin müavini Leyla Zerrougui ölkənin prezidenti Əbdülməcid Tebbunun Əlcəzairin qrupa qoşulmaq üçün rəsmi olaraq müraciət etdiyini bildirib.
Rusiya və Çin Əlcəzairin üzvlüyünü alqışlayıb. Hazırda Cənubi Afrika, Braziliya və Hindistan bu qərarı verməzdən əvvəl üzvlük təklifini araşdırır.
Prezident Tebbun bildirib ki, “Əlcəzair BRICS qrupuna daxil olmaq üçün tələb olunan şərtlərin əksəriyyətinə malikdir”.
Qeyd edək ki, BRICS qrupu sürətlə inkişaf edən və güclü iqtisadiyyata malik olan beş ölkədən (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ) ibarət olan müstəqil beynəlxalq təşkilatdır. Təşkilatın üzvləri öz aralarında siyasi, iqtisadi və mədəni əməkdaşlığı təşviq etdiklərini bildirirlər. BRICS ölkələri dünya ərazisinin 40%-ni, qlobal ÜDM-in dörddə birini təşkil edir. Onların əhalisi isə dünya əhalisinin təxminən 40%-dir.
Qrup ilk olaraq, 2001-ci ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılaraq, "BRICS" ölkələri adlandırılıb. Daha sonra təşkilata Cənubi Afrika qoşularaq, təşkilatın adı “BRICS”-ə dəyişdirilib.
Xatırladaq ki, təşkilatın adı ölkələrin baş hərflərindən ibarətdir:
Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir;
Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur;
Hindistan — ucuz intellektual resurslar;
Çin — ucuz əmək resurslarının sahibidir;
Cənubi Afrika Respublikası — təbii resurslar.
Rəna Mürşüd