Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,2 % azalaraq 97,29 ABŞ dolları təşkil edib.
Ednews xəbər verir ki, neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 92,87 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.