“2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırıldı. Müqayisə üçün deyək ki, çörək ən çox Macarsıtanda 65 faiz, ən az Norveçdə 8 faiz bahalaşıb”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc səsləndirib.
“Əslində qiymətlər həm də su, elektrik enerjisi və yanacağın tariflərinin artırıldığı üçün yüksəlib. FAO təşkilatı dünyada qiymət artımının 2023-cü ildə də davam edəcəyini bildirir.
Xatırladaq ki, dünyada ən çox çörək istehlak edən xaqlar sırasındayıq. Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104 kq, Bolqarıstanda 95 kq və Yunanıstanda 89 kq təşkil edir. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”, - deyə deputat əlavə edib.