Azərbaycanın Rusiya ilə imzaladığı qaz tədarükü müqaviləsinin arxasında duran gizli SƏBƏBLƏR - ŞƏRH - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanın Rusiya ilə imzaladığı qaz tədarükü müqaviləsinin arxasında duran gizli SƏBƏBLƏR - ŞƏRH

İqtisadiyyat A- A A+
Bu yaxınlarda Azərbaycan və Rusiyanın neft-qaz şirkələri – SOCAR və Qazprom arasında 2023-ci ilin mart ayına qədər Azərbaycana qaz tədarük ilə bağlı müqavilə imzalanıb. 
 
Müqavilə ilə bağlı ətraflı məlumat verilməsə də, Azərbaycana tədarük olunacaq rus qazının birbaşa Türkiyəyə ötürülməsi və oradan isə tranzit yolu vasitəsilə Avropaya çatdırılması barədəsində söhbətlər dolaşır. 
 
Məsələ ilə bağlı Ednews-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban bu kimi fikirləri təkzib edərək qeyd edib ki, müqavilənin mahiyyəti barədə hələ rəsmi səviyyədə geniş məlumat yoxdur. Onun sözlərinə görə, belə iddialar əsasən Ermənistanda və Avropada anti-Azərbaycan dairələr tərəfindən idarə olunan media şəbəkələrində yayılır. 
 
“Bu ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı arasında enerji sazişi ilə bağlı memorandum imzalandıqdan sonra erməni mediasında erməni politoloqlar və şərhçilər iddia edirlər ki, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün guya Azərbaycanın kifayyət qədər qazı yoxdur, enerji resursları azdır və Rusiyadan qaz alıb Avropaya  satmaqla məşğul olacaq. Eyni zamanda Fransada da siyasətçilər və beyin mərkəzləri ermənilərin fikirlərinin təbliğatı ilə məşğul olurlar. Onlar bunu bilərəkdən və məqsədyönülü şəkildə edirlər.  Xatırlayırsınızsa, Makronun Fransa televizisiyasına verdiyi müsahibəsində Avropa ölkələrini Azərbaycandan neft və qaz almamağa çağırmışdı. Həmin fransızlar da dövlət rəhbərinin çağırışının dalınca qaçırlar.  Hesab edirəm ki, Azərbaycan ekspertlər və dövlət rəsmiləri səviyyəsində Ermənistanın və Fransanın bu təbliğatına qarşı daxili və xarici auditoriyaya açıqlama verməlidirlər”. 
 
Rusiyadan qaz tədarükü ilə bağlı imzalanan müqavilənin gizli səbəbinə münasibət bildirən İlham Şaban vurğulayıb ki, bu məsələ barədə rəsmi məlumat ictiamiyyətə təqdim olunmalıdır.  
 
“Bu müqavilənin hansı mətləbə xidmət etdiyi barədə yalnız aiddiyyatı dövlət orqanının rəsmiləri açıqlaya bilərlər. Açıqlama verməlidirlər ki, nəyə görə Rusiya ilə belə bir müqavilə imzalanıb. SOCAR-ın rəsmi saytında rus qaznın tədarükü haqqında məlumat yoxdur. Amma QAZPROM bu məlumatı artıq iki dəfə yayıb. Son bir ildə əmtəəlik qaz hasilatının 2.5 milyard kub metr artdığı təqdirdə ölkənin daxilində bu qış üçün rus qazının idxal edilməsinə nə dərəcədə ehtiyac var? Dövlət neft şirkətinin rəsmiləri mütləq bu suala cavablandırmalıdırlar”. 
 
Sonda dövlət rəsmilərinin susqunluğunun səbəbi ilə bağlı suala cavablandıran ekspert bunu onlardan soruşmağı məsləhət görüb. 
 
Yunis Abdullayev


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...