Neft Fondunun büdcəsində kəsir - PROQNOZLAŞDIRILIB - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Neft Fondunun büdcəsində kəsir - PROQNOZLAŞDIRILIB

İqtisadiyyat A- A A+
Gələn il üçün Dövlət Neft Fondunun (ARDNF) büdcəsi kəsirlə proqnozlaşdırılıb.
 
Ednews xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.
 
Qeyd edilir ki, Fondun gəlirlərinin əsas formalaşma mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin (129,6 mln. barrel) cari ilin dürüstləşmiş büdcəsinə (153,1 mln. barrel) nisbətən 23,5 mln. barel az, Şahdəniz yatağı üzrə qaz hasilatının həcminin isə 1,5 mlrd.kub metr artıq nəzərdə tutulması və xam neftin satış qiymətinin 50,0 ABŞ dolları həcmində müəyyənləşməsi Fondun gəlirlərinin 8 990,9 mln. manat proqnozlaşdırılmasına təsir edib. 
 
ARDNF-in xərclərinin 11 392,3 mln. manat həcmində nəzərdə tutulması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərib. 
 
Son nəticədə növbəti ildə Fondun büdcəsinin 2 401,4 mln. manat kəsirlə proqnozlaşdırılmasına şərait yaratıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...