Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 065,5 manat təşkil edib.
Ednews xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib.