Vüqar Bayramlıdan PROQNOZ - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Vüqar Bayramlıdan PROQNOZ

İqtisadiyyat A- A A+

"Avropa İttifaqının Rusiyadan idxal etdiyi neftin hər barelinə 60 dollarlıq qiymət tavanı müəyyənləşdirməsi birjalara təsirsiz ötüşməyib. Hələlik bazarda ciddi volatillik müşahidə olunmasa da dekabrın ilk günündən bəri bir bareli 90 dollara təklif edilən Brent markalı neftin qiyməti 83 dollaradək azalıb”.

Bu sözləri Ednews-a açıqlamasında deputat Vüqar Bayramov neftin qiymətinin düşməsi Azərbaycana təsirlərindən danışarkən bildirib. O, qeyd edib ki, son 4 gündə neftin qiymətində 8.0 faizdən çox azalmanın olması anlamına gəlir.

“Səudiyyə Ərəbistanı da neft qiymətlərinə endirim tətbiq edib. “Saudi Aramco” yanvar təkliflərində Asiya üçün hər bareldə 2.20 dollar, “The Saudi isə Avropa” üçün 1.80 dollar qiymət azalmasına gedib. Bu iri istehsalçıların neft bazarında baş verənlərə və eləcə də Qərbin qərarlarına priventiv reaksiyasından xəbər verir”.

Millət vəkilinin sözlərinə görə Çin karantin qaydalarını yumşaltsa da "Sıfır Kovid" siyasətinin davam edəcəyini bəyan edib.

“Bu isə o deməkdir ki, yaxın aylarda da Çində neftə olan tələb yüksəlməyəcək. Dünyanın ikinci ən böyük neft istehlakçısındakı qərarlar neft bazarına birbaşa təsir edən faktorlar sırasındadır. Bu baxımdan, 2023-cü il üçün də neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil”.

V.Bayramov sonda bunları bildirib ki, Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir.

“Valyuta daxilolmalarının 80.0 faizi neft və neft məhsullarının payına düşür. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Bu baxımdan, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir".

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...