Auditordan sahibkarlara TÖVSİYƏ: “Bundan istifadə etməlidirlər” - AÇIQLAMA - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Auditordan sahibkarlara TÖVSİYƏ: “Bundan istifadə etməlidirlər” - AÇIQLAMA

İqtisadiyyat A- A A+

“Artıq Azərbaycanda vergi mədəniyyətinin yüksəlməsi hiss olunur. Vergi dəyişikliklərində sanksiyalaşdırma siyasəti əvəzinə stimullaşdırıcı tədbirlərin müşahidə edilməsi sevindiricidir”.

Bu sözləri Ednews-a açıqlamasında Auditorlar Palatasının sərbəst auditoru Rəna Qəfərova Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə fikir bildirərkən deyib.

O, qeyd edib ki, Azərbaycanda Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə sahibkarlara yaradılan biznes və investisiya şəraitinin ildən-ilə daha da inkişaf etdirilməsi, sosial xarakterli güzəştlər, həmçinin istehsalatçılar üçün əsas vəsaitlərin ölkəyə idxalında və ƏDV-dən azad olunması nəzərdə tutulmuşdur.

R.Qəfərovanın sözlərinə görə, bunlarının hamısı Azərbaycanda sahibkarların uçotlarının daha şəffaf aparılmasına bir təşviqdir. Sahibkarlarla bağlı maraqlı məqam odur ki, 2023-cü ildən vergi qaydaları dəyişir.

“Vergi Məcəlləsinin 35-ci maddəsinə, eləcə də, digər əlaqəli maddələrdə nəzərdə tutulmuş dəyişikliyə əsasən 2023-cü ildən vergi ödəyiciləri tərəfindən şəhadətnamə-dublikatın alınması tələbi ləğv edilir. Yeni qaydalara görə, gələn ildən etibarən Vergi ödəyiciləri (şirkət və sahibkarlar) birbaşa banka müraciət edərək hesab aça biləcəklər. Hesab açıldıqdan sonra bu barədə banklar vergi orqanını məlumatlandıracaqlar. Digər maraqlı məqam ondan ibarətdir ki, növbəti ildən vergi ödəyicisinin vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə və ya aidiyyəti fondlara borcu olduğu halda bank hesabının açılması mümkün olacaq, hansı ki, mövcud qanunvericiliyə əsasən bu mümkün deyildi”.

Həmçinin sərbəst auditor əlavə edib ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirlərin 10 illik vergidən azad edilməsi nəzərdə tutulub.

“Hətta, dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarları da 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur və bu da bizim Qarabağ ərazisinə daha çox ivestisiyanın cəlb olunmasına gətirib çıxaracaqdır. Bu böyük dəstək, böyük təşviqdir. Vergi ödəyiciləri öz apardıqları uçotun şəffaşlaşdırılamsına ciddi nəzarət etməli və vergilərini vaxtında ödəməlidirlər. Çünki maliyyə sanksiyaları ilə üzləşə bilərlər. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir”.

Mütəxəssis qanun məcəlləsində olan dəyişikliyi xatırladaraq bunları vurğulayıb:

“Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit - red). Bu Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. İnzibati xətalar məcəlləsinin 464-cü maddəsinə əsasən də auditor xidməti haqqında "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir”.

Sonda R.Qəfərova sahibkarların kənar auditlə əməkdaşlıq etmələrini tövsiyə edib:

“Baxmayaraq ki, burada maliyyə sanksiyasında cərimələr azdır. Bu yoxlamanı məcburi kənar auditin aparılmasına dair sanksiyalar az olduğu üçün sahibarkarlar təkcə cərimənin ödənilməsini seçirlər. Ona görə də, əksər şirkətlər bu kənar auditin yoxlanmasını aparmırlar. Auditor kimi məsləhətim odur ki, kənar auditin daxildə aparılan uçota heç bir marağı olmadan yəni sahibkarın fəaliyyətinin və ya uçotunun daha şəffaf aparılmasına görə diqqətdə olmağı gərəklidir. Bu istiqamətdə çalışan işçilərin də illik kənar auditin gəlməsi ilə bağlı daha məsuliyyətli olmasına görə və maliyyə sanksiyalarının vergi ödəyicisinin gələcəkdə daha da artıq vergi ödəməməsinə görə sahibkarlar kənar auditdən istifadə etməlidirlər”.

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...