Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirak etməsində maraqlıdır - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Türkiyə Azərbaycanın qaz habı layihəsində iştirak etməsində maraqlıdır

İqtisadiyyat A- A A+

Rusiya təbii qazının Avropaya tədarükü üçün Türkiyədə habın yaradılması layihəsinin həyata keçirilməsi onu enerji resurslarının paylanması və satışı mərkəzinə çevirəcək.

Ednews xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz “TV 24”ə müsahibəsində deyib.

O, müsahibəsində Azərbaycandan da danışıb. Nazir qeyd edib ki, Ankara Azərbaycanın layihədə iştirakına ümid edir. 

“Habın yaradılması sayəsində biz təkcə paylayıcı mərkəz deyil, həm də qazın satışı mərkəzinə çevriləcəyik. Həm qaz hasilatı, həm də onun satışı məsələsində bizə dəstək verən ölkələr var. Azərbaycanın layihədə tədarükün mənbə ölkəsi kimi iştirakı bizi sevindirəcək”, – türkiyəli nazir bildirib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...