"Bolqarıstan təbii qazın həcminin artırılması ilə bağlı Azərbaycanla danışıqlara başlayacaq".
Ednews yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Rosen Xristov ölkə parlamentindəki iclasda bildirib.
Qeyd edək ki, ölkə parlamentində Enerji Komitəsi Bərpa Planına yenidən baxılması müzakirə olunur.