2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 30 660,6 milyon manat, xərcləri isə 32 008,3 milyon manat təşkil edib.
Ednews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 16,2% və 16,7% çoxdur.
Son nəticədə ötən il büdcədə 1 347,7 milyon manat qalıq olub (əvvəlki il 993,7 milyon manat kəsir yaranmışdı).