Azərbaycanda əhalinin banklara 20 milyard manat kredit borcu var - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanda əhalinin banklara 20 milyard manat kredit borcu var

İqtisadiyyat A- A A+
Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyardlıq kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir.
 
Ednews xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
 
O qeyd edib ki, dinamikaya baxsaq, 2021 ilə 2022-ni müqayisə etsək bu, təxminən 18% azalıb.
 
Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.
 
T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir. O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...