Qarabağda sahibkarlara kredit üçün dövlət zəmanəti təmin ediləcək - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Qarabağda sahibkarlara kredit üçün dövlət zəmanəti təmin ediləcək

İqtisadiyyat A- A A+
İşğaldan azad edilmiş ərazilərdə investisiya fəaliyyəti həyata keçirəcək sahibkarlıq subyektləri 500 mln. manat kommersiya kreditinə 450 mln. manatadək dövlət zəmanətinin təmin edilməsi nəzərdə tutulub.
 
Ednews  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
 
"Bu məbləğ üçün maksimum hesablanmış subsidiya məbləği 150 mln manatadək olacaq. Subsidiyanın ödənişi faiz üzrə 3 il müddətini əhatə edəcək. Hər bir kreditin maksimal məbləği 5 mln. manatadək olacaq. Həmin kreditin maksimum müddəti 7 ilə qədər ola bilər. Kommersiya bankının təqdim etdiyi faiz maksimum 15% olacaq. 10% bəndin dövlət tərəfindən 3 il ərzində subsidiyalaşdırılması nəzərdə tutulur",- deyə Osman Xaliyev əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...