"Azərbaycanın kifayyət qədər təbii qaz ehtiyatları var" Ekspertdən 4 ölkənin təklifi ilə bağlı AÇIQLAMA

İqtisadiyyat 16:01 25.01.2023

Xəbər verdiyimiz kimi, Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə birgə mətbuat konfransında Azərbaycan qazının nəqli ilə bağlı mühüm açıqlama verib.

O, qeyd edib ki, Avropanın dörd ölkəsi – Bolqarıstan, Ruminiya, Macarıstan və Slovakiya Avropa İttifaqından Azərbaycan qazının nəqlini təmin etməyi xahiş edib.

Onun sözlərinə görə, Azərbaycanın təbii qazının hasilatının artması Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Lakin Macarıstanın rəmisi qazın nəqli üçün lazımi infrastrukturun qurulması və bura maliyyə yatırılmasının zəruri olduğunu bildirib.

Məsələ ilə bağlı Ednews-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, bir çox Avropa ölkələri Rusiya qazından asıllığı azaltmaq üçün alternativ enerji mənbələri axtarmağa başlayıblar.

Onun sözlərinə görə, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyi konsepsiyasında xüsusi əhəmiyyətə malikdir.

“Şərqi Avropa ölkələri Rusiya qazından tamamilə asılıdır. Bu da həmin ölkələrdə enerji problemləri, daha doğrusu enerji qıtlığına səbəb olur. Buna görə də həmin ölkələrin hökumətləri öz enerji təhlükəsizliyini sabit saxlamaq üçün alternativ enerji mənbələrini nəzərdən keçirirlər. İlk növbədə dənizi çıxışı olan ölkələrdən maye qazın alınıb Mərkəzi Avropa ölkələrinə daşınması ilə bağlı işlərin görülməsi planlaşdırılır. Lakin eyni zamanda nəzərə alınır ki, mayen qazın daşınması üçün xeyli maliyyə vəsaitin xərclənməsi tələb olunur. Ona görə də onların planlarında boru kəmərlərin tikilməsinə də yer ayrılıb. Hazırda Avropanın gündəmində Əlcəzayir və Azərbaycan qazının boru kəmərləri vasitəsilə nəql olunması aktual məsələ hesab olunur”.

Brüsselin bu məsələyə priotet kimi yanaşmasına gəlincə isə ekspert vurğulayıb ki, Avropa Komissiyasında enerji məsələlərinin nəzərdən keçirilməsi və bununla bağlı yekun qərarların verilməsi uzun müddət vaxt tələb edir.

“Azərbaycan qazına ehtiyac duyan artıq dörd ölkə Avropa Komissiyasına müraciət ediblər. Komissiya da bürokratik nəhəng bir qurumdur. Avropa İttifaqının bu institutunda enerji təhlükəsizliyi ilə bağlı bütün önəmli məsələlər mərhələli şəkildə nizamlanır. İlk növbədə boru kəmərlərinin tikilməsi və onların ləvazimatlarının planlaşdırılması, eləcə də layihələrə maliyyə vəsaitlərinin ayrılmasına diqqət ayrılır. Avropa İttifaqı və təbii qaza ehtiyacı olan ölkələr nə qədər maliyyə sərf etməlidir məsələsi xüsusi yer tutur. Sonrakı mərhələdə isə tenderlər elan olunur, sonra isə tenderlərin qalibləri müəyyən edilir. Bütün bu mərhələlər uzun zaman aparır, bir çox işləri yubadır. Məsələn, Yunanıstan-Bolqarıstan və Trans-Adriatik qaz kəmərinin tikintisində ləngimələrin baş verməsinə şahidi olmuşuq”.

Ekspert əlavə edib ki, Avropa İttifaqı dörd ölkənin təklifini yüksək dəyərləndirərsə, Azərbaycan qazını nəql edən infrastrukturun qurulmasına maliyyə vəsaiti ayıracaq.

Sonda İlham Şaban bildirib ki, Bolqarıstan, Ruminiya və Macarıstanı təbii qaz ilə təminatında Azərbaycanın təbii qaz ehtiyatları var.

“Bu ilin 18 iyulunda Azərbaycan və Avropa Komissiyası arasında mühüm sənəd imzalanıb. Bu sənədə görə, Azərbaycan 2027-ci ildən etibarən Avropa bazarına 10 kub metr əlavə qaz ötürəcək. Avropa İttifaqı həmin qaz həcmləri üzərində düşünməlidir. Ölkəmizin təbii qaz resurs ehtiyatları artmaqdadır. Kommersiya qaz ehtiyatlarımızda da artımlar müşahidə olunur”.

Yunis Abdullayev 

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Hamısı