2023-cü ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 40,5% artıb.
Ednews xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 282,7 manat idisə, cari ilin yanvar ayında bu məbləğ artaraq 397,2 manat təşkil edib.