Mayda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 173,4 milyon manat təşkil edib.
Ednews xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayında deyilir.
Mənbə qeyd edir ki, yanvar-may aylarında isə əcnəbilər bank kartları vasitəsilə 851,3 milyon manatlıq əməliyyat aparıblar.