" Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92.0 olub."
Ednews xəbər verir ki, bu fikirləri Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
" Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur."
O, qeyd edir ki, Sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir.
" Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd etmək istərdik ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir."
Aynurə İsmayıl