Rubl bu yay dünyanın ən zəif valyutalarının üçlüyünə daxil olub və dəyişkənlik baxımından liderdir.
Ednews xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Mənbə yazır ki, rus valyutası ucuzlaşma sürətinə görə hətta türk lirəsini də keçib. 7 ayda rubl dollar qarşısında 57%, avro isə 73% dəyər itirib.
İndi Moskva birjasında rubl 1 dollar üçün 97,6, avro isə 107,1 səviyyəsində satılır.